Azərbaycan paraüzgüçüsü qızıl medal qazanıb
Azərbaycan paraüzgüçüsü Roman Saley (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatında qızıl medal qazanıb. Fortunamag.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, o, yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə yarışında fərqlənib.
Finişə 1:01.58 nəticə ilə birinci çatan idmançı dünya çempionu olub.
Fortunamag.az
