Azərbaycan paracüdoçuları Avropa çempionatında
Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının qalibi olub. O, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib. Fortunamag.az Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, İlham Zəkiyev yarımfinalda türkiyəli Gökhan Biceri və nəhayət həlledici mərhələdə moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb. Dürsədəf Kərimova (J2, +70 kq) isə gümüş medal qazanıb.
Qeyd edək ki, İ.Zəkiyev bununla da 9-cu dəfə Avropa çempionu adını qazanıb.
Fortunamag.az
