Azərbaycan nümayəndə heyəti ABŞ-da səfərdədir
Azərbaycan Milli Məclisinin deputatları – Səməd Seyidov, Anatoliy Rafailov, Nigar Arpadarai, Tural Gəncəliyev, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsinin icra edən Jalə İbrahimova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov və Sefarad yəhudilərinin Bakı dini icmasının sədri ravvin Zamir İsayevin yer aldığı nümayəndə heyəti ABŞ-da səfərdədir.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, səfərin məqsədi ABŞ Konqresinin yuxarı və aşağı palatasının üzvləri, ABŞ administrasiyasının rəsmiləri, aparıcı beyin mərkəzlərinin nümayəndələri və yəhudi təşkilatları ilə görüşlərin keçirilməsi, regionumuzda baş verən yeniliklər və mövcud Azərbaycan-ABŞ ikitərəfli əlaqələrində yaranmış müsbət dinamika, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatların verilməsidir.
Fortunamag.az
