• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Azərbaycan nümayəndə heyəti 5-ci “Korkut Ata” Türk Dünyası Film Festivalında iştirak edib

07.10.2025
Mədəniyyət, Xəbərlər
Azərbaycan nümayəndə heyəti 5-ci “Korkut Ata” Türk Dünyası Film Festivalında iştirak edib
Share on FacebookShare on Twitter

Qazaxıstanın Aktau şəhərində 5-ci “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilib.

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, türk dünyası kinematoqrafiyasının inkişafı və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm platforma olan festivalın açılış mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edib. Festival günləri ərzində Azərbaycan filmlərinin nümayişi, yaradıcı görüşlər və kino müzakirələri təşkil olunub.
Festivalın ikinci günündə TÜRKSOY-a üzv ölkələrin kino rəhbərlərinin iştirakı ilə kino sammiti baş tutub. Sammitdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin nümayəndə heyəti də iştirak edib.
Sammitdə üzv ölkələrin kino rəhbərləri gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Tədbirin sonunda Qazaxıstan və Azərbaycan arasında “Kinematoqrafiya sahəsində əməkdaşlıq” memorandumu imzalanıb.
Festivalın sonuncu günündə təntənəli bağlanış mərasimi keçirilib. Yekun nəticələrinə əsasən, Azərbaycan filmləri bir neçə nominasiyada mükafatlara layiq görülüb: “Tağıyev: Neft” bədii filmi – Tammetrajlı film kateqoriyasında “Ən yaxşı aktyor” nominasiyası, “Bəlkə də” bədii filmi – Tammetrajlı film kateqoriyasında “Ən yaxşı ssenari” nominasiyası, “Nargin” bədii-sənədli filmi – Sənədli film kateqoriyasında “İkinci yer” mükafatı.
“Tağıyev: Neft” və “Nargin” filmləri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə istehsal olunub.

Globalart.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.