• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Tale simfoniyası

Azərbaycan neft geologiyasının böyük siması – Şəfaət Mehdiyev

15.12.2025
Tale simfoniyası, Xəbərlər
Azərbaycan neft geologiyasının böyük siması – Şəfaət Mehdiyev
Share on FacebookShare on Twitter

Akademik Şəfaət Fərhad oğlu Mehdiyev Azərbaycan geologiya elminin inkişafında silinməz iz qoymuş görkəmli alimlərdəndir.

Fortunamag.az bildirir ki, o, 15 dekabr 1910-cu ildə İranın Sərab bölgəsində anadan olmuş, uşaqlıq və gənclik illəri Bakıda keçmişdir. Erkən yaşlarından elmə böyük maraq göstərən Şəfaət Mehdiyev Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirərək peşəkar mühəndis-geoloq kimi formalaşmışdır.

Onun elmi fəaliyyəti əsasən neft və qaz yataqlarının geologiyası, geokimyası və dərin qatların neft-qazlılıq problemlərinə həsr olunmuşdur. Akademik Mehdiyev böyük dərinliklərdə neft və qaz yığımlarının mümkünlüyünü elmi əsaslarla sübut etmiş, Cənubi Xəzər çökəkliyi və Abşeron arxipelaqının yüksək perspektivliyini hələ vaxtilə düzgün proqnozlaşdırmışdır. Sonralar “Günəşli”, “Şahdəniz” və digər iri yataqların kəşfi onun elmi uzaqgörənliyini təsdiqləmişdir.

Şəfaət Mehdiyev uzun illər Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda çalışmış, institut direktoru, şöbə rəhbəri olmuş, eyni zamanda Bakı Dövlət Universitetinin rektoru kimi elm və təhsilin inkişafına böyük töhfələr vermişdir. Onun rəhbərliyi altında onlarla elmlər doktoru və fəlsəfə doktoru yetişmişdir.

400-dən artıq elmi əsərin, çoxsaylı monoqrafiya və dərsliklərin müəllifi olan akademik Mehdiyev təkcə alim deyil, həm də publisist və ədəbiyyata bağlı yaradıcı şəxsiyyət idi. Elmi xidmətlərinə görə Dövlət mükafatı, orden və medallarla təltif olunmuşdur.

Akademik Şəfaət Mehdiyev 15 dekabr 1993-cü ildə Bakıda vəfat etmişdir. Onun zəngin elmi irsi bu gün də Azərbaycan geologiyasının inkişafına xidmət edir və yeni nəsil alimlər üçün dəyərli məktəb rolunu oynayır.

İnsanın həm həyat yolunun, həm də peşə seçiminin formalaşmasında onun doğulub böyüdüyü torpaq, aldığı tərbiyə, yaşadığı mühit və təbiətlə ünsiyyəti mühüm rol oynayır. Məhz bu amillər insanın daxili potensialının üzə çıxmasına, istedadının cilalanmasına və şəxsiyyət kimi formalaşmasına güclü təsir göstərir.

Cəmiyyətdə tanınmış ziyalı kimi Şəfaət Mehdiyev insanlarla səmimi münasibəti, yüksək ünsiyyət mədəniyyəti, tələbkarlığı, prinsipial mövqeyi və gələcəyə olan dərin inamı ilə seçilirdi. Onun zəngin və mənalı həyat yolu alicənablıq, nəciblik və xeyirxahlıq kimi insani keyfiyyətləri özündə birləşdirən əsl Azərbaycan ziyalısının parlaq nümunəsidir. Milli elm tarixində dərin iz qoymuş akademik Şəfaət Mehdiyevin şərəfli ömür yolu, elmi-pedaqoji və publisistik fəaliyyəti bu gün də yaradıcılıq yoluna qədəm qoyan gənclər üçün dəyərli və ilhamverici örnəkdir.

Akademik Şəfaət Mehdiyevin şeir yaradıcılığında irreal məkanla real aləm, hissi-emosional və elmi-rasional başlanğıcların özünəməxsus vəhdəti diqqəti cəlb edir. O, ədəbiyyatın müxtəlif janrlarında qələmini sınasa da, poeziya onun bədii dünyasının mühüm tərkib hissəsi olmuşdur.  Şəfaət müəllim geologiyanı da yaradıcı sənət hesab edir, təbiəti sözlə təsvir etməyi alimin əsas bacarıqlarından biri sayırdı. Bu baxış onun elmi düşüncəsi ilə poetik təfəkkürünün bir-birini tamamlamasına şərait yaradıb.

Şəfaət Mehdiyevin şeirlərində Azərbaycan poeziyasında aparıcı mövzu olan sevgi və məhəbbət lirikası xüsusi yer tutur. Onun poetik nümunələrində sevən qəlbin duyğuları, daxili həyəcanları və ruhi iztirabları səmimi və təbii şəkildə ifadə olunur ki, bu da şeirlərinə insani istilik və təsirlilik bəxş edir.

Biz bunu Şəfaət Mehdiyevin şeirlərində bariz şəkildə müşahidə edirik:

 

İlk məhəbbət- əlvan çiçək,

Hər kəs ondan bil, dərəcək.

Yarpaqları solsa belə,

Ətri daim məst edəcək.

 

Gözəllərdə bir adətdir,

Naz eyləyər sevsə səni.

Hər uğursuz məhəbbətin,

Saçımızda qalır dəni.

(“Unudulmur ilk məhəbbət”)

Fortunamag.az
Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.