Azərbaycan Milli Xalça Muzeyində sərgi açılıb
Sentyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərginin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərək rəssamın yaradıcılığı, Azərbaycan xalça sənətinin dünyada təbliği istiqamətində uğurlu fəaliyyəti və sərginin əhəmiyyətindən danışıblar. Sərgi 30 dekabr 2025-ci il tarixinədək davam edəcək.
Fortunamag.az
