Azərbaycan mədəniyyətinin inkişafına dair altı dövlət proqramı hazırlanacaq
Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı layihəsi hazırlanacaq.
Fortunamag.az “Oxu.az”a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında əksini tapıb.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı;
2. Azərbaycanın mədəni və təbii irsinin qorunması ilə bağlı dövlət proqramı;
3. İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı;
4. Audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı;
5. Davranış mədəniyyətinin və bilgi mədəniyyətinin inkişafı ilə bağlı dövlət proqramı;
6. Mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramı.
Konsepsiya üç mərhələni əhatə edəcək.
Birinci mərhələ 2026-2030-cu, ikinci 2031-2035-ci, üçüncü isə 2036-2040-cı illərdə müvafiq tədbirlər planları əsasında həyata keçiriləcək.
Fortunamag.az
