Azərbaycan Kubokunun final oyununun yeri və vaxtı açıqlanıb
Futbol üzrə Azərbaycan Kubokunun final matçının tarixi və keçiriləcəyi məkan artıq müəyyənləşib. Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu məlumat ölkə kubokunun püşkatma mərasimində açıqlanıb. Həlledici qarşılaşma mayın 13-də paytaxtdakı “Neftçi Arena” stadionunda gerçəkləşəcək. Final maçında azarkeşlər maraqlı və gərgin bir qarşılaşma izləmə imkanı əldə edəcəklər. bu oyun həm futbolsevərlər üçün, həm də komandalar üçün əhəmiyyətli bir hadisə hesab olunur.
Fortunamag.az
