• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib

14.01.2026
İnkişaf, SİYASƏT, Xəbərlər
Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib
Share on FacebookShare on Twitter

Bakıda Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.

Fortunamag.az Azərbaycan Respublikası Energetika Nazirliyinə istinadən xəbər verir ki, iclasdan əvvəl Komissiyanın həmsədrləri – Azərbaycanın energetika naziri Pərviz Şahbazov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında ikitərəfli görüş olub. Görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığının energetikadan sənaye istehsalınadək geniş spektrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Yüksək siyasi – iqtisadi münasibətlərin yeni layihələrlə möhkəmləndirilməsi, enerji təhlükəsizliyi, Avropa İttifaqı ilə tərəfdaşlıq və ikitərəfli əməkdaşlıq çərçivəsində prioritet istiqamətlər üzrə müzakirələr aparılıb.

Energetika naziri Pərviz Şahbazov iclasda çıxışında bildirib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, bu səfərlər və beynəlxalq tədbirlər çərçivəsində Azərbaycan Prezidentinin İtaliya Prezidenti və İtaliyanın Baş Naziri xanım Ciorgia Meloni ilə keçirdiyi görüşlər, 2020-ci ildə “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” və 27 sənədin imzalanması dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldib. “Ötən il İtaliya Prezidentinin Azərbaycana səfəri, İtaliya-Azərbaycan Universitetinin açılışı, “Ansaldo Energia” şirkətinin töhfəsi ilə ölkəmizin ən böyük elektrik stansiyasının ərsəyə gəlməsi, eləcə də Dövlət Neft Fondu və SOCAR-ın İtaliyada investisiya fəaliyyəti əlaqələrimizin yalnız mövcud əməkdaşlıqla məhdudlaşmadığını, gələcəyə hesablanmış strateji gündəlik əsasında inkişaf etdiyini təsdiqləyir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi Azərbaycan – İtaliya əlaqələri uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”,-deyə nazir qeyd edib.

Bildirilib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ölkəmizin xarici ticarət dövriyyəsinin 25 faizi, ixracının isə 46,7 faizi İtaliyanın payına düşür. İndiyədək Azərbaycandan İtaliyaya 342 milyon dollar, İtaliyadan isə Azərbaycana 805 milyon dollar məbləğində investisiya qoyulub. Hazırda Dövlət Neft Fondunun İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard dollar təşkil edir. Bu göstəricilərin artımını təmin etmək üçün birgə layihələrlə yanaşı, sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanmasının vacibliyi vurğulanıb. Həmçinin ötən il İtaliyanın təkcə SOCAR vasitəsilə 10,34 milyon ton neft və ümumilikdə 9,5 milyard kubmetr qazla təchiz edildiyi diqqətə çatdırılıb. İndiyədək TAP-ın Avropanı 54,3 milyard kubmetr, İtaliyanı isə 45,4 milyard kubmetr qazla təmin etdiyi qeyd olunub. Həmçinin bildirilib ki, İtaliyanın “CESI SpA” şirkəti “Xəzər-Qara Dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri layihələrinin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasında məsləhətçi tərəfdaşımızdır. 2032-ci ildən etibarən mərhələli şəkildə istismara veriləcək “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi Avropa bazarına ötürüləcək elektrik enerjisindən İtaliyanın da faydalanmasına imkan yaradacaqdır.

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli isə çıxışında deyib: “Komissiyanın əsas məqsədlərindən biri həm İtaliyada, həm də Azərbaycanda investisiya və biznes imkanlarının genişləndirilməsidir. Eyni zamanda, hər iki ölkə bağlantı layihələri, iqtisadi, mədəni və insanlararası əlaqələrin daha da inkişafı baxımından strateji yanaşmaya malikdir. İtaliya etibarlı tərəfdaş Azərbaycan üçün Aralıq dənizi hövzəsinə və Avropa İttifaqında 500 milyon istehlakçını əhatə edən bazara açılan əsas qapılardan biri ola bilər.”

Müzakirələr zamanı siyasi əməkdaşlıq, ticari-iqtisadi, sənaye, energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı aktual məsələlər nəzərdən keçirilib. “Made in Italy” brendinin ölkəmizdə geniş təmsil olunması və “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarələrinin gətirilməsi, ötən il AZAL tərəfindən Milan istiqamətində 334 uçuşun həyata keçirilməsi, İtaliya vətəndaşlarının 89,5 faizinin Azərbaycana turizm məqsədilə gəlməsi əlaqələrin hərtərəfli inkişafının göstəriciləri kimi dəyərləndirilib. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən İtaliyada həyata keçirilən layihələrin mədəni-humanitar sahədə əməkdaşlığın genişlənməsinə töhfə verdiyi qeyd olunub.

Azərbaycan-İtaliya Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. 2026-2027-ci illərdə 18 istiqamət üzrə 73 tədbirin icrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul edilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.