• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan ilə İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi təkmilləşdiriləcək

12.01.2026
SİYASƏT, Xəbərlər
Azərbaycan ilə İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi təkmilləşdiriləcək
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin İsrailin kənd təsərrüfatı sahəsində aparıcı tədqiqat və araşdırma mərkəzlərinə baş çəkməsi, həmçinin “Gələcəyin dənizi” II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammitində iştirakı nəzərdə tutulur.

Səfərin ilk günü İsrailin Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyində Azərbaycan və İsrail nümayəndə heyətləri arasında görüş keçirilib. İsrailin kənd təsərrüfatı və aqrar inkişaf naziri Avi Dixter çətin dövrlərdə Azərbaycanın İsrailin ərzaq təhlükəsizliyinə verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib. Ölkəmizə səfərini xatırladan nazir qeyd edib ki, ötən müddət ərzində iki ölkə arasında aqrar sahədə əməkdaşlıq perspektivləri daha da genişlənib. Avi Dixter aparılacaq müzakirələrin kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılmasına, heyvandarlıq və toxumçuluq sahələrində müasir texnologiyaların transferinə, aqrar tədqiqatlar və təcrübə proqramları üzrə əməkdaşlığın genişləndirilməsinə, eləcə də suvarma sahəsində İsrail təcrübəsindən istifadə imkanlarının artırılmasına töhfə verəcəyini vurğulanıb.

Nazir Məcnun Məmmədov Azərbaycan və İsrail arasında bütün sahələrdə münasibətlərin dinamik şəkildə inkişaf etdiyini, hər iki tərəfin aqrar sahədə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu bildirib. O qeyd edib ki, iki il öncə Bakıda imzalanmış iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi, eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi bu əməkdaşlığın yeni mərhələyə yüksəlməsində mühüm rol oynayıb.

Müzakirələr zamanı qeyd olunan Yol Xəritəsinin daha da təkmilləşdirilməsi barədə qarışlıqlı ilkin razılıq əldə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonra nazir Məcnun Məmmədov Volcani Institute Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə tanış olub. Nazirə Mərkəzin fəaliyyəti və kənd təsərrüfatı sahəsində aparılan elmi araşdırmaların əsas istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, institut yerli və xarici mütəxəssislər üçün beynəlxalq səviyyədə aspirantura üzrə tədqiqat imkanları yaradır, eyni zamanda, digər səviyyələrdə də təhsil proqramları təqdim edir. Hazırda İsrailin Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyinin aqrar tədqiqatlar üzrə əsas qurumu kimi fəaliyyət göstərən institut bitkiçilik, heyvandarlıq, bitki mühafizəsi, torpaq və ətraf mühit elmləri, eləcə də qida elmləri sahələrində aparılan elmi tədqiqatları dəstəkləyir. Tərəflər Azərbaycan və İsrailin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi tədqiqat institutları və araşdırma mərkəzləri arasında əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.