• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Azərbaycan Dövlət Kamera Orkestrinin Üzeyir Hacıbəyli soraqlı konserti

25.09.2025
Mədəniyyət, Xəbərlər
Azərbaycan Dövlət Kamera Orkestrinin Üzeyir Hacıbəyli soraqlı konserti
Share on FacebookShare on Twitter

Sentyabrın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor: Xalq artisti Fəxrəddin Kərimov, solist: Vüsalə Babayeva – piano) konserti keçirilib. Fortunamag.az Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşən konsert bu il anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd edilən dahi bəstəkarın “Arşın mal alan” operettasından uvertüranın səsləndirilməsi ilə başlanıb.
Daha sonra orkestr Üzeyir bəyin “Arazbarı” zərbi muğamı, “Sevgili canan” romansı, həmçinin Tofiq Quliyevin “Qaytağı”, Vaqif Mustafazadənin “Mart”, Azər Rzayevin “Poema”, Alfred Şnitkenin “İntermezzo” (ilk ifa) və Viktor Herbertin “Serenada” əsərlərini ifa edib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Gecədə səslənən bütün əsərlər Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi, görkəmli pedaqoq, publisist və dramaturq Üzeyir Hacıbəylinin mədəniyyətimizin inkişafında müstəsna xidmətləri qarşısında minnətdarlıq duyğusunun ifadəsi olub.

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.