Azərbaycan Din xadimlərinin II forumunun iştirakçıları Fəxri xiyabanda
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi və Azərbaycan Din xadimlərinin II forumunun iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq önünə əklil və gül dəstələri qoyublar.
Fortunamag.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Zəfər parkına gedən forum iştirakçıları Zəfər abidəsi önünə gül dəstələri qoyaraq şəhidlərimizə ehtiramlarını ifadə ediblər.
Fortunamag.az
