• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Azərbaycan Cenevrədə WTDC-25 ilə bağlı diplomatik brifinqdə təmsil olunub

05.11.2025
Xəbərlər
Azərbaycan Cenevrədə WTDC-25 ilə bağlı diplomatik brifinqdə təmsil olunub
Share on FacebookShare on Twitter

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Cenevrədəki qərargahında BMT missiyaları və beynəlxalq ictimaiyyətin nümayəndələri üçün diplomatik brifinq təşkil edilib. Sessiyaya BTİ-nin baş katibi Dorin Boqdan-Martin, İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov rəhbərlik ediblər.

Fortunamag.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, brifinqdə bu il 17-28 noyabr tarixlərində Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) barədə məlumat verilib.

Müzakirələrdə tədbirin hamı üçün universal, əlverişli və əlçatan bağlantının təşviqində, eləcə də inklüziv və dayanıqlı rəqəmsal gələcəyin formalaşdırılmasında mühüm rolu vurğulanıb. İştirakçılara, həmçinin konfrans çərçivəsində həyata keçirilən logistik hazırlıqlar, qeydiyyat prosesi, yerləşmə, nəqliyyat təminatı və dayanıqlılıq tədbirləri barədə məlumat təqdim olunub.

Qeyd edilib ki, WTDC-25 iştirakçıları üçün sadələşdirilmiş elektron viza sistemi artıq aktivdir və rəsmi onlayn portal vasitəsilə istifadəyə açıqdır. Bu, Azərbaycana giriş prosesini daha rahat və əlçatan edir. BTİ rəhbərliyi Azərbaycan hökumətinə, Xarici İşlər və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə WTDC-25-in hazırlıqları çərçivəsində göstərilən sıx əməkdaşlıq və davamlı dəstəyə görə minnətdarlığını ifadə edib.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.