• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Azərbaycan-Avstraliya

28.11.2025
İnkişaf, Xəbərlər
Azərbaycan-Avstraliya
Share on FacebookShare on Twitter

Bakıda keçirilən “WTDC-25” çərçivəsində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu – İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və Avstraliyanın Kommunikasiya və Media Qurumu (ACMA) nümayəndələri arasında görüş keçirilib.

Bu barədə Fortunamag.az-a İKTA-dan bildirilib. İKTA İdarə Heyətinin sədri Nail Mərdanov rəhbərlik etdiyi qurum haqqında məlumat verib. Bildirib ki, 3 il əvvəl yaradılan İKTA telekommunikasiya, poçt rabitəsi və radiospektr idarəçiliyi sahəsində tənzimləyici qurum olaraq fəaliyyət göstərir. Bu müddət ərzində Agentlik tərəfindən ilk dəfə internet xidməti göstərən telekommunikasiya operator və provayderlərinin uçotu mexanizmi yaradılıb, xidmət keyfiyyətinə nəzarət sistemi qurulub, radiospektr idarəçiliyində rəqəmsal transformasiya tətbiq olunub. İstehlakçı hüquqlarının qorunmasında vahid pəncərə – rəqəmsal yanaşma tətbiq olunub. Bu məqsədlə 7 elektron xidmət istifadəyə verilib, eyni zamanda, 3 yeni qanun layihəsi, Rəqəmsal Tənzimləmə Platformasının əsasnaməsi hazırlanıb. Bundan əlavə, ötən 3 il ərzində onlarla mövcud normativ hüquqi aktlara düzəliş edilib, yeni qayda layihəsi hazırlanaraq müvafiq şəkildə təqdim olunub.

ACMA təmsilçiləri ölkəmizdə “WTDC-25”in yüksək səviyyədə təşkil edildiyini və bu tədbirin həm də Avstraliyanın 2026-cı ildə Ümumdünya Telekommunikasiya İttifaqının (ITU) Şurasına namizədliyinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Görüşdə, həmçinin əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.