• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İdman

Azərbaycan avarçəkənləri hazırlıqlarını davam etdirirlər

12.09.2025
İdman, Xəbərlər
Azərbaycan avarçəkənləri hazırlıqlarını davam etdirirlər
Share on FacebookShare on Twitter

Azərbaycan avarçəkənləri 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıqlarını davam etdirirlər. Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, millinin üzvləri artıq hazırlığın həlledici mərhələsindədirlər.

Azərbaycanın kayak və kanoe üzrə yığma komandasının böyük məşqçisi Mirnazim Cavadov hazırlığın plana uyğun getdiyini bildirib: “Heyətimiz müəyyənləşib. Oyunlara qədər bir sıra idmançılar beynəlxalq turnirlərdə çıxış edəcəklər. İki avarçəkənimiz Portuqaliyada gənclər və yeniyetmələr arasında dünya çempionatında iştirak edib. Hazırlıq çərçivəsində Belarusda təlim-məşq toplanışı, həmçinin Rusiyanın Barnaul şəhərində keçiriləcək turnir planlaşdırılır. Bir neçə idmançımız Milanda böyüklər arasında dünya çempionatına qatılıb. III MDB Oyunlarında uğurlu çıxışa ümid edirik. Daha çox qızıl medal istərdik, amma rəqabət güclü olacaq. Buna baxmayaraq, mükafat yerləri uğrunda mübarizə aparmağa hazırıq”.

Akademik avarçəkmə üzrə yığmanın baş məşqçisi Vladimir Morozov isə komandanın böyük iş gördüyünü vurğulayıb: “Oyunlara hazırlıq hələ 2024-cü ilin sentyabrında başlayıb. Biz 10 perspektivli idmançı seçdik və onlar Mingəçevirin bazasında məşq edirlər. Burada bütün lazımi şərait var. İdmançılar artıq yaxşı nəticələr göstəriblər. Azər İlyasov və Cahangir Məmmədli Avstriyada keçirilən beynəlxalq reqatada ikinci yeri tutublar. Əsas ümidlərimiz Nurlan Paşayev, Azər İlyasov və Cahangir Məmmədliyədir. Onlar medal uğrunda mübarizə aparmaq gücünə malikdirlər. Rəqiblərimiz isə avarçəkmədə zəngin təcrübəsi olan ölkələrdir. Komandamız gəncdir, amma biz onlarla rəqabət aparacağıq”.

Qeyd edək ki, III MDB Oyunlarında akademik avarçəkmə və kanoe yarışları Mingəçevirdə keçiriləcək.

 

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.