Avropada güclü təbii fəlakət
Keçmiş “Erin” qasırğasından yaranmış dərin atmosfer axını ötən həftə Qərbi və Cənubi Avropada şiddətli fırtınalara səbəb olub. Fortunamag.az “The Guardian”a istinadən xəbər verir ki, İtaliyanın Lombardiya bölgəsi güclü yağış altında qalıb, nəticədə Busto Arsizio kommunasında sel və ildırım hadisələri müşahidə olunub. Burada yağan yağışın miqdarı 100 mm-dən çox olub.
Yağışların davam etməsi nəticəsində ölkənin şimal-qərbində, Baveno yaxınlığında torpaq sürüşməsi baş verib. Şərqdə yerləşən Paduada isə cəmi 78 dəqiqə ərzində 56,9 mm yağış qeydə alınıb.
Yağışlar Sloveniya ərazisinə də yayılıb. Logatec şəhəri yaxınlığında iki saat ərzində 79 mm yağıntı düşüb və bu da lokal daşqınlara səbəb olub.
Fortunamag.az
