• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

19.09.2025
Biznes, Xəbərlər
Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib
Share on FacebookShare on Twitter

Avropa İttifaqının Genişlənmə və Şərq Qonşuluğu üzrə Komissarı ilə keçirilən görüşdə investisiya təşəbbüsləri, minatəmizləmə, su ehtiyatlarının idarəolunması, nəqliyyat və digər sahələrin davamlı inkişafına dəstək üzrə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Genişlənmə və Şərq Qonşuluğu üzrə Komissarı xanım Marta Kosla görüşüb.

Görüşdə Avropa İttifaqının Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri olduğu və qarşılıqlı iqtisadi münasibətlərin inkişafı məmnunluqla vurğulanıb. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və investisiyalar sahəsində uğurlu əlaqələr qeyd olunub. Bildirilib ki, nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər var.

Görüşdə Azərbaycan və Avropa Komissiyası arasında minatəmizləmə, su ehtiyatlarının idarəolunması və nəqliyyat sahələrinin davamlı inkişafına dəstək layihəsi üzrə maliyyələşdirmə sazişinin layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Avropa İttifaqının yeni qlobal əlaqələndirmə strategiyası olan “Global Gateway” təşəbbüsü çərçivəsində enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat, özəl sektor və digər sahələrdə investisiya təşəbbüslərini müzakirə ediblər.

 

Fortunamag.az
Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.