Sentyabrın 22-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə bir qrup autizmli gəncə velosipedlər hədiyyə edilib. Fortunamag.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki , Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzində velosipedləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Fikrət Hüseynov və Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov təqdim ediblər.
Fortunamag.az
© 2025 Fortunamag - Bütün hüquqları qorunur.