• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Aşıq Dirili Qurbaninin və Aşıq Ələsgərin yubileyləri UNESCO-nun 2026–2027-ci illər Yubileylər Proqramına daxil edilib

13.11.2025
Mədəniyyət, Xəbərlər
Aşıq Dirili Qurbaninin və Aşıq Ələsgərin yubileyləri UNESCO-nun 2026–2027-ci illər Yubileylər Proqramına daxil edilib
Share on FacebookShare on Twitter

Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyi və Aşıq Ələsgərin vəfatının 100 illiyi UNESCO-nun 2026–2027-ci illər üçün yubileylər proqramına daxil edilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu haqda Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi məlumat verib. Qərar UNESCO Baş Konfransının 43-cü sessiyasında təsdiq olunub.

Bu qərar Azərbaycan aşıq sənətinin, onun çoxəsrlik ənənələrinin və xalq yaradıcılığının bəşəri mədəni irsin ayrılmaz hissəsi kimi beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir.

Aşıq Dirili Qurbani (1476–1549) Azərbaycan aşıq poeziyasının banilərindən biri sayılır. Onun yaradıcılığı milli-mənəvi dəyərlərin, sevgi, vətənpərvərlik və ədalət kimi ali duyğuların poetik ifadəsi ilə seçilir və bu gün də aşıq sənətində yaşamaqdadır.

Aşıq Ələsgər (1821–1926) isə Azərbaycan aşıq sənətinin klassik məktəbinin ən parlaq nümayəndələrindən biri olub. Onun zəngin poeziya irsi, bədii üslubu və dərin fəlsəfi düşüncələri aşıq sənətinin inkişafına və xalq mədəniyyətinin qorunmasına mühüm töhfə verib.

Bu aşıqların yubileylərinin UNESCO-nun Yubileylər Proqramına daxil edilməsi, onların irsinin beynəlxalq səviyyədə tanıdılmasını, eləcə də onların yubileyləri çərçivəsində elmi konfranslar, sərgilər və mədəni tədbirlərin keçirilməsini nəzərdə tutur.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.