“Arşın mal alan” operettası və “O olmasın, bu olsun” məktəblilərin təqdimatında
23 nömrəli məktəbin 8-ci sinif şagirdlərinin təqdimatında “Arşın mal alan” operettası və “O olmasın, bu olsun” tamaşası nümayiş etdirilib.
Fortunamag.az xəbər verir ki, tamaşa Azərbaycan musiqi mədəniyyətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 140 illik yubileyinə həsr edilib.
Bu kimi incəsənət və ədəbiyyat yönümlü tədbirlər mütəmadi olaraq keçirilir. Şagirdlər isə hər dəfə böyük maraq və həvəslə iştirak edərək, yaradıcılığa olan sevgilərini göstərirlər.
8 D sinifinin rəhbəri İntizar Kərimova bildirib ki, bu cür tədbirlər şagirdlərin estetik zövqünün formalaşmasına və milli-mədəni irsimizin dərk edilməsinə böyük töhfə verir.

Fortunamag.az
