• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı

02.10.2025
Mədəniyyət, Xəbərlər
ARKA-nın film layihələri müsabiqəsinin pitçinq mərhələsi başa çatdı
Share on FacebookShare on Twitter

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan edilən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsi yekunlaşıb.

Fortunamag.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, pitçinq mərhələsi dörd sessiya üzrə təşkil olunub və hər sessiya canlı yayım vasitəsilə ictimaiyyətə təqdim edilib. Bu yanaşma prosesin şəffaflığını təmin edib. Ekspert Şurasının fəaliyyətini dəstəkləmək üçün xüsusi hazırlanmış kitabçalar üzvlərə təqdim olunub.

Müsabiqəyə ümumilikdə 41 şirkət tərəfindən 88 film layihəsi təqdim olunub. Onlardan 17-si əvvəllər ARKA-dan maliyyə dəstəyi almış, 24-ü isə ilk dəfə müraciət edən şirkətlərin layihələridir. Təqdim edilən layihələr arasında müxtəlif janrlar yer alır:
24 tammetrajlı bədii film
21 qısametrajlı bədii film
14 sənədli film
14 bədii-sənədli film
15 animasiya filmi

Bu ilki müsabiqənin xüsusiyyətlərindən biri özəl sektorun fəal iştirakı olub. Təqdim edilən büdcələrə əsasən, layihə xərclərinin təxminən 31 faizi özəl şirkətlər, 69 faizi isə dövlət dəstəyi hesabına qarşılanması nəzərdə tutulur. Bu göstərici kino sahəsində dövlət-özəl tərəfdaşlığının güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Seçim nəticəsində 29 layihə pitçinq mərhələsinə buraxılıb. Onların bölgüsü belədir:
6 tammetrajlı bədii film
8 qısametrajlı bədii film
4 bədii-sənədli film
3 sənədli film
5 animasiya filmi
3 tələbə filmi

Seçim Komissiyası və Ekspert Şurasının yekun iclası 7 oktyabr 2025-ci il tarixində keçiriləcək. İclasın ardından qalib layihələrin siyahısı ictimaiyyətə açıqlanacaq.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.