Antarktida altında gizli qədim çay sistemi aşkarlandı
Alimlər radar texnologiyası vasitəsilə Antarktida buz təbəqəsinin altında heyrətamiz bir kəşf ediblər. Fortunamag.az ” British Antarctic Survey”a istinadən xəbər verir ki, minlərlə kilometr uzanan qədim çay şəbəkəsi üzə çıxıb. Bu çayların milyonlarla il əvvəl mövcud olduğu düşünülür. Onlar qitənin geoloji tarixini və iqlim dəyişmələrini daha yaxşı anlamağa kömək edə bilər. Maraqlıdır ki, bu çay sistemləri günümüzdə də buzun hərəkətinə və qitənin sabitliyinə təsir göstərə bilir. Bu kəşf Antarktidanın yalnız “donmuş səhradan” ibarət olmadığını göstərir.
Fortunamag.az
