• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Ankarada Azərbaycan incəsənət ustalarının konserti təşkil olunub

26.12.2025
Mədəniyyət, Xəbərlər
Ankarada Azərbaycan incəsənət ustalarının konserti təşkil olunub
Share on FacebookShare on Twitter

“Azərbaycan sənət həftəsi” çərçivəsində Ankarada Azərbaycan incəsənət ustalarının Özəl Yüce Məktəbində konserti təşkil edilib.

Fortunamag.az xəbər verir ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında keçirilən tədbir Azərbaycan incəsənətinin təbliğinə həsr olunub.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov Azərbaycan-Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Azərbaycanın zəngin mədəniyyəti və qardaş Türkiyədə milli mədəniyyətimizin təbliği məqsədilə həyata keçirilən layihələrdən danışaraq, ortaq dəyərlərimizi, mədəniyyətimizi tanıtmağın önəmini vurğulayıb.

Ankara Özəl Yüce Məktəblərinin direktor müavini Ece Ersin çıxışında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıqla daha da gücləndiyini bildirib və məktəblərinin bu cür beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etməkdən məmnun olduğunu vurğulayıb.

Proqram çərçivəsində səhnələşdirilən bədii çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat və gənc müğənni Uğur Məmmədov Azərbaycan xalq mahnılarını səsləndiriblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Azərbaycan Xalq Rəqs Ansamblı da milli rəqsləri ifa ediblər.

Konsert proqramında iki ölkənin tarixi dostluğuna dair musiqilər ifa olunub. Tədbir bütün iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.