Andrea Boçelli Qış Olimpiya Oyunlarının açılış mərasimində çıxış edəcək
İtaliyalı müğənni Andrea Boçelli fevralən 6-da Milanda keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində çıxış edəcək.
Bu barədə turnirin Təşkilat Komitəsi məlumat verib. Fortunamag.az “Oxu.az”a istinadən xəbər verir.
Dünyaca məşhur tenordan əlavə, müğənnilər Meraya Keri və Laura Pauzini də şouda çıxış edəcəklər.
Qeyd edək ki, bu, Boçellinin ilk Olimpiya çıxışı olmayacaq. Musiqiçi, həmçinin 2006-cı il Turində keçirilmiş Qış Oliimpiya Oyunlarının bağlanış mərasimində də çıxış etmişdi.
Fortunamag.az
