• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Anar Quliyev Nayrobidə

27.11.2025
İnkişaf, Xəbərlər
Anar Quliyev Nayrobidə
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyevin başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə Keniya Respublikasının Nayrobi şəhərində keçirilən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının 3-cü sessiyası işini başa çatdırıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Fortunamag.az-a bildirilib ki, iki gün davam edən tədbir çərçivəsində nümayəndə heyətləri və Keniyada akkreditə olunmuş diplomatik missiyaların rəhbər şəxsləri üçün brifinq təşkil olunub. 200-dən çox nümayəndənin təmsil olunduğu tədbirdə 2026-cı ilin mayın 17-22 -də Bakıda keçiriləcək WUF13-ün mahiyyəti, hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.

Brifinqdə çıxış edən Anar Quliyev “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək WUF13-ün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, Azərbaycanın beynəlxalq tərəfdaşlarla birgə qlobal proseslərə töhfələrinin təqdim olunması baxımından əhəmiyyətini vurğulayıb. O, Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Liderlərin Zirvə Görüşünün keçiriləcəyini diqqətə çatdırıb.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Foruma hazırlıq prosesi ilə bağlı Azərbaycan hökumətinə təşəkkür edib, ölkəmizin qlobal şəhər gündəliyinə sadiqliyini və nümunəvi fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, WUF13 bütün tərəfdaşların hər kəs üçün layiqli mənzil təmin etmək öhdəliklərini yeniləməsi üçün mühüm mərhələ olacaq.

Brifinqdən sonra mətbuat nümayəndələri ilə görüş keçirilib və WUF13-lə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Sessiyanın gündəliyi çərçivəsində BMT-nin Məskunlaşma Proqramı Assambleyasının “Hər Kəs üçün Münasib Mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun ötən ay 2025-2026-cı illər üzrə həmsədrləri seçilən Azərbaycan və Somalinin adından Azərbaycan nümayəndə heyətinin başçısı Anar Quliyevin məruzəsi dinlənilib. Məruzədə həmsədrlik dövrü ərzində bu prosesin irəli aparılması planları barədə məlumat verilib. Həmçinin WUF13-ün ev sahibi Azərbaycanın adından sessiyada iştirak edən nümayəndə heyətləri və diplomatik korpusun rəhbərləri üçün rəsmi qəbul təşkil edilib. Sessiya ərzində Anar Quliyev digər ölkələrdən iştirak edən nümayəndə heyətlərinin başçıları ilə müxtəlif müzakirələr də keçirib.

İki gün ərzində UN-Habitatın mənzil-qərargahında qurulan WUF13-ün tanıtım stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Tədbirlərdə Azərbaycanın Keniya və Konqoda (Brazzaville) fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobidə daimi nümayəndəsi Sultan Hacıyev, Azərbaycan Respublikasının Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təmsilçiləri iştirak ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.