• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Anar Quliyev COP30-da şəhərsalma sahəsində çoxsəviyyəli əməkdaşlığa çağırış edib

13.11.2025
İnkişaf, Xəbərlər
Anar Quliyev COP30-da şəhərsalma sahəsində çoxsəviyyəli əməkdaşlığa çağırış edib
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində Braziliyanın Belem şəhərinə səfər edib.

Fortunamag.az bildirir ki, Komitə sədri Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlər İclasında və “Qeyri-rəsmi məskunlaşma, ərazilərin transformasiyası və mənzil təminatı” mövzusunda keçirilən dəyirmi masada çıxış edərək mənzil və iqlim çağırışlarının həllində çoxsəviyyəli əməkdaşlığın vacibliyini vurğulayıb.

Anar Quliyev həmçinin Azərbaycanın “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilən ərazilərdə “ağıllı” və “yaşıl” şəhərsalma prinsiplərinə əsaslanan bərpa işlərini beynəlxalq auditoriyaya təqdim edib. O, eyni zamanda Bakı Davamlılıq Koalisiyasının və BMT-nin “Hər Kəs üçün Münasib Mənzil” üzrə Hökumətlərarası İşçi Qrupunda Azərbaycanın həmsədrlik rolunun şəhərsalma və iqlim gündəliklərinin inteqrasiyasına mühüm töhfə verdiyini qeyd edib.

COP30 çərçivəsində keçirilən Şəhərsalma Günü münasibətilə təşkil olunan Nazirlər İclasında çıxış edən Komitə sədri Azərbaycanın COP29-a ev sahibliyinin çoxsəviyyəli iqlim əməkdaşlığına yeni impuls verdiyini diqqətə çatdırıb və Çoxsəviyyəli Fəaliyyət Yolları (MAP) təşəbbüsü ilə Bakı Davamlılıq Koalisiyasının bu istiqamətdə əhəmiyyətini vurğulayıb.

Səfər zamanı, həmçinin Braziliyanın şəhərlər naziri Jader Filho ilə görüşən Anar Quliyev dayanıqlı və inklüziv şəhər inkişafı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib və Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə hazırlıqlar barədə məlumat verib.

Eyni zamanda WUF13 üzrə milli koordinator olan Anar Quliyev COP30 çərçivəsindəki çıxış və görüşlər zamanı iştirakçıları Azərbaycanın COP29 təcrübəsinin və çoxsəviyyəli əməkdaşlıq gündəliyinin davamı olaraq  Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda iştirak etməyə dəvət edib. O, bu qlobal platformanın şəhərlərin gələcəyi, iqlim davamlılığı və innovativ şəhərsalma sahələrində müzakirələr üçün nadir fürsət yaradacağını vurğulayıb.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.