Amazonda 41 000 tısbağa yumurtası tapıldı
Elm adamları və ekoloqlar Amazonda nəhəng bir təbii hadisəni qeydə alıblar. Fortunamag.az ” Scitech daily”a istinadən xəbər verir ki, dronların köməyi ilə çay sahillərində 41 min tısbağanın yumurta qoyduğu yer aşkarlanıb. Bu, indiyədək məlum olan ən böyük yumurtlama məkanlarından biridir. Kəşf həm də Amazon ekosisteminin hələ də canlı və güclü olduğunu göstərir. Yerli icmalar üçün bu hadisə həm ekoturizm, həm də təbiəti qoruma baxımından böyük əhəmiyyət kəsb edir. Alimlər deyirlər ki, bu qədər kütləvi yumurtlama yalnız təmiz və balanslı təbii mühitdə mümkündür.
Fortunamag.az
