• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Akademik Musiqili Teatrın balet artistləri mükafatlandırılıb

26.09.2025
Mədəniyyət, Xəbərlər
Akademik Musiqili Teatrın balet artistləri mükafatlandırılıb
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası oynanılıb.

Fortunamag.az  “AZƏRTAC”a istinadən xəbər verir ki, tamaşanın sonunda Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini İlham Namiq Kamal teatrın balet artistləri Roman Krasnov və Anna Cabbarovanı teatr sahəsindəki 20 illik səmərəli fəaliyyətləri münasibətilə təbrik edib. Sənətkar ittifaq və teatr rəhbərliyi tərəfindən verilən fəxri fərmanları onlara təqdim edib.

Səhnə əsərində Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Prezident mükafatçısı Hüseyn Əlili, aktyorlar Gülcahan Salamova, Gültac Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet artistləri də iştirak ediblər.

1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış və Şərqin ilk operettası olan “Ər və arvad” ilk dəfə 1910-cu ildə tamaşaya qoyulub. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur. Yeni quruluşda ilk tamaşa 16 oktyabr 2010-cu ildə oynanılıb.

Akademik Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan bu tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterlər Zakir və Yelena Ağayevlər, xormeysteri isə Vaqif Məstanovdur.

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.