Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uşaqlarla görüş keçirilib
“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Regional İnkişaf “İctimai Birliyinin təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti qurumlarla birgə təşkilatçılığı ilə həyata keçirilən “Hüquqlarınla parla!” layihəsi çərçivəsində komitə sədri Bahar Muradova fəal uşaqlarla görüş keçirib.
Fortunamag.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova layihə haqqında ətraflı məlumat verərək bildirib ki, görüşün məqsədi uşaqların hüquqlarına diqqət yönəltmək, onların səsini eşitmək və bu sahədə ölkəmizdə aparılan mühüm təşəbbüsləri geniş ictimaiyyətə təqdim etməkdir. O deyib ki, layihə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və “Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”nın həyata keçirilməsi çərçivəsində hazırlanıb.
Daha sonra Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, uşaqlarla görüşlərin hər zaman xüsusi maraqla qarşılandığını vurğulayıb.
Fortunamag.az
