• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan

Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

30.09.2025
Azərbaycan, Xəbərlər
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında
Share on FacebookShare on Twitter

Fortunamag.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, sentyabrın 29-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib. İclası açan komitə sədri Hicran Hüseynova gündəliyə bir məsələnin daxil edildiyini bildirib.

Daha sonra gündəlikdəki məsələ – Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)  barədə məlumat verilmişdir.

Komitə sədri qanun layihəsindəki dəyişikliyin  “valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaq anlayışlarının vahid və sistemli şəkildə istifadə olunması ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, qanun layihəsinin əsas məqsədi fərqli anlayışların aradan qaldırılaraq uşaq hüquqlarının daha da təkmilləşdirilməsidir.

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanunvericilikdə anlayışların vahid formada tətbiqinin uşaqların hüquqlarının daha dəqiq müdafiəsinə və sosial təminat mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edəcəyini söyləyib. O vurğulayıb ki, bu dəyişikliklər, həmçinin aidiyyəti dövlət qurumlarının fəaliyyətində vahid yanaşmanın təmin olunmasına, uşaqlara göstərilən sosial xidmətlərin daha səmərəli təşkilinə şərait yaradacaq.

Qanun layihəsinin müzakirəsində komitənin sədr müavini Jalə Əliyeva, üzvləri İlham Məmmədov, Günay Ağamalı, Tamam Cəfərova, Könül Nurullayeva, Mehriban Vəliyeva, Müşfiq Məmmədli, Səbinə Xasayeva və Sevinc Hüseynova çıxış edərək məsələ ilə bağlı fikir və təkliflərini qeyd ediblər.

Tədbirin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda  komitə üzvü Ülviyyə Həmzəyeva  və digər rəsmi şəxslər iştirak ediblər.

 

Fortunamag.az

 

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.