AHİİTA-nin idman zalı təmirdən sonra istifadəyə verilib
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına məxsus idman zalının təmirdən sonra açılışı olub.
Açılışda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, komitənin üzvləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, eləcə də üzv və tabe təşkilatların rəhbərləri, idmançılar və məşqçilər iştirak ediblər.
Burada güləş, cüdo və boks üzrə məşqlərin keçirilməsi üçün şərait yaradılıb, zallar zəruri idman avadanlıqları ilə təchiz edilib.
Fortunamag.az
