• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Ağdamda Zəfər Gününə həsr olunan ağacəkmə tədbiri keçirilib

03.11.2025
Xəbərlər
Ağdamda Zəfər Gününə həsr olunan ağacəkmə tədbiri keçirilib
Share on FacebookShare on Twitter

Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5-ci ildönümü münasibətilə noyabrın 1-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollektivi tərəfindən Ağdam şəhərində ağacəkmə tədbiri keçirilib.

Fortunamag.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi ilə birgə təşkil olunan tədbir zamanı Ağdam şəhərində yeni salınan Mərkəzi Parkın ərazisində Qarabağın torpaq-iqlim şəraitinə uyğun, ekoloji cəhətdən dayanıqlı və dekorativ baxımdan yaraşıqlı yüzdən çox ağac əkilib. Əkilən ağacların normal böyüməsini təmin etmək məqsədilə ekologiya mütəxəssislərinin iştirakı ilə əraziyə ilkin aqrotexniki qulluq göstərilib, torpağa mineral gübrələr verilib və suvarma işləri aparılıb.

Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq və ekoloji tarazlığın bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu işlər nəticəsində illərlə dağıdılmış və ekosistemi zərər görmüş Qarabağ və Şərqi Zəngəzur bölgəsi yenidən öz yaşıllığına, təbii gözəlliyinə qovuşur.

Maliyyə Nazirliyinin kollektivi tərəfindən mütəmadi şəkildə keçirilən yaşıllaşdırma aksiyaları bu dəfə işğaldan azad olunmuş ərazilərdə təşkil edilməklə, məhv edilmiş yaşıllıq massivlərinin bərpasına, ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədini daşıyır.

Sonra Nazirliyin kollektivi Ağdam şəhərində aparılan bərpa və yenidənqurma işləri haqqında məlumatlandırılıb, Ağdam Cümə məscidində, İmarət Kompleksində, Xıdırlı kəndində olublar.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.