• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Ağdamda Manas Dastanı Günü qeyd olunub

22.12.2025
Xəbərlər
Ağdamda Manas Dastanı Günü qeyd olunub
Share on FacebookShare on Twitter

Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü bayramları ərəfəsində Qırğız Respublikasının ölkəmizdəki səfiri Maksat Mamıtkanov və nümayəndə heyəti Ağdam rayonunun Xıdırlı kəndində, Ayköl Manas adına tam orta məktəbdə olublar.

Fortunamag.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov səfir Maksat Mamıtkanov və qonaqları Qırğız Respublikası tərəfindən hədiyyə olaraq tikilən məktəblə tanış edib. Qonaqlar daha sonra məktəbin şagird və pedaqoji kollektivi ilə görüşüb, şagirdlərinin hazırladığı mahnı və rəqsləri izləyiblər.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafından söz açıb, bu baxımdan məktəb layihəsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Manas Dastanı Günü və Beynəlxalq Dağlar Gününə həsr olunmuş tematik mühazirə oxunub. Məktəbə Manas haqqında Azərbaycan dilində kitablar təqdim olunub.

Səfir Maksat Mamıtkanov məktəb kollektivi ilə görüşü zamanı “Manas” dastanı və onun qırğız xalqının tarixində və mədəniyyətində əhəmiyyəti haqqında söhbət açıb. O, həmçinin Beynəlxalq Dağlar Gününün bir hissəsi kimi dağların əhəmiyyəti və onların ətraf mühitin, mədəniyyətin və davamlı inkişafın qorunmasında rolu barədə çıxış edib.

Nümayəndə heyəti görüşün sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şagirdlərə hədiyyələr təqdim edib və Manasın doğulduğu Talas əyalətində yetişdirilən lobyaları simvolik hədiyyə olaraq kənd sakinlərinə verib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.