• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Adil Kərimli misirli həmkarı ilə görüşdü

09.12.2025
Mədəniyyət, Xəbərlər
Adil Kərimli misirli həmkarı ilə görüşdü
Share on FacebookShare on Twitter

Dekabrın 9-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizin ev sahibliyi etdiyi “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində Bakıda səfərdə olan Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fuad Hanno ilə görüşüb.

Bu barədə Fortunamag.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı nazir Adil Kərimli Misir tərəfinin bu mötəbər beynəlxalq tədbirə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı iştirak üçün geniş imkanların mövcud olduğu vurğulanıb.

Misirin mədəniyyət naziri Ahmed Fuad Hanno da öz növbəsində Azərbaycan-Misir münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. O, Azərbaycanın festivala yüksək səviyyədə ev sahibliyi etdiyini xüsusi vurğulayaraq, tədbirin İslam dünyası ölkələri arasında mədəni inteqrasiyanın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, sonda Misirin mədəniyyət nazirinə xatirə hədiyyəsi təqdim olunub.

Fortunamag.az

 

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.