• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib

15.11.2025
Mədəniyyət, Xəbərlər
Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib
Share on FacebookShare on Twitter

Xəbər verdiyimiz kimi, 13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir.

Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Qırğızıstanın – beş Mərkəzi Asiya ölkəsinin təmsil olunduğu konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Konqres çərçivəsində noyabrın 14-də Nazirlər Konfransı təşkil olunub.

Nazirlikdən Fortunamag.az-a verilən məlumata görə, açılış nitqi söyləyən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov dost ölkələri bir araya gətirən beynəlxalq konqresin əhəmiyyətini qeyd edib, tədbirin və Nazirlər Konfransının ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Konfransda çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan tərəfini bu mötəbər beynəlxalq tədbirə dəvət etdiyinə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyən nazir son illərdə bu beş dost ölkə ilə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, ölkələrimiz və xalqlarımız arasında etibarlı körpü olan mədəniyyət sahəsində də əməkdaşlıq ildən-ilə dərinləşir. “Həm ötən il, həm də bu il qardaş ölkələrimizin mədəni həyatı üçün çox əlamətdar olub. Qarşılıqlı mədəniyyət günləri, beynəlxalq festivallarda iştirak, bədii kollektivlərin səfərləri, elm və təhsil qurumları, yaradıcılıq təşkilatları arasında əməkdaşlığın genişlənməsi, çoxəsrlik mədəni zənginliklərimizin təbliği – bütün bunlar əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir. Ölkə rəhbərlərimizin müvafiq sahələr üzrə qarşıya qoyduqları vəzifələrin, verilən tapşırıqların icrası ilə bu istiqamətdə yeni parlaq səhifələr yazacağımıza inanıram”, – deyə nazir əlavə edib.

Sonra Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev çıxış ediblər.

Nazirlər ölkələrimiz arasında mədəni inteqrasiyanın əhəmiyyətini vurğulayıb, əməkdaşlığın dərinləşdirilməsinin perspektivlərindən danışıblar.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.