• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Tale simfoniyası

Adilə Şahtaxtinskaya: Azərbaycanın ilk həkim-ginekoloqu

08.01.2026
Tale simfoniyası, Xəbərlər
Adilə Şahtaxtinskaya: Azərbaycanın ilk həkim-ginekoloqu
Share on FacebookShare on Twitter

Adilə Şahtaxtinskaya (17 aprel 1894, Tiflis – 30 mart 1951, Tbilisi) Azərbaycan sovet dövrünün görkəmli mama-ginekoloqu, tibb elmləri doktoru və professoru olmuşdur. O, tibb elmləri doktoru və professor elmi adını qazanan ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür.

Fortunamag.az bildirir ki, Adilə Şahtaxtinskaya 1894-cü il aprelin 17-də Tiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində dünyaya gəlib. Gənc yaşlarından tibb sahəsinə böyük maraq göstərən Adilə xanım, təhsilini uğurla başa vuraraq, peşəkar mama-ginekoloq kimi formalaşdı.

1930-cu ildə o, tibb elmləri doktoru dərəcəsini aldı, 1936-cı ildə isə professor elmi adına layiq görüldü. Bu nailiyyət onu Azərbaycanda tibb elmləri doktoru və professor adını qazanan ilk qadın etdi.

1933-cü ildən Adilə Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırkı Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına rəhbərlik etmişdir. O, Azərbaycanda qadınlar arasında ilk kafedra müdirlərindən biri kimi tanınmışdır.

Məşhur Şahtaxtinskilər nəslinin maarifçi nümayəndələrindən biridir. Həkim olmaqla yanaşı, Tağıyevin əsasını qoyduğu Qızlar Seminariyasında Həsən bəy Zərdabinin xanımı Hənifə xanım Məlikovanın əlindən su içməklə, özü də orada müəyyən müddətdə dərs deyib.

Şahtaxtinskayanın elmi-tədqiqat fəaliyyəti əsasən qadın gigiyenası, kəsilib götürülmüş uşaqlığın yumurtalıklara təsiri və eklampsiya kimi mövzulara həsr olunmuşdur. Onun işləri yalnız praktik ginekologiya üçün deyil, həm də akademik tibb sahəsi üçün böyük əhəmiyyət kəsb etmişdir.

Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat etmişdir. O, Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn olunmuşdur. Hazırda bu ərazi botanika bağının içində yerləşir və Görkəmli Azərbaycanlılar panteonunun bir hissəsi kimi qorunur. Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunmuşdur.

Adilə Şahtaxtinskaya yalnız Azərbaycanın ilk qadın tibb elmləri doktoru və professoru olmaqla kifayətlənməmiş, həm də qadın sağlamlığı sahəsində əhəmiyyətli elmi irs qoymuşdur. Onun həyatı və fəaliyyəti gələcək nəsillər üçün həm ilham, həm də nümunə kimi qalır.

Adilə Şahtaxtinskaya tibb elminə verdiyi töhfələrlə, xüsusilə qadın sağlamlığı sahəsindəki fəaliyyətləri ilə Azərbaycan elminin inkişafında unudulmaz iz qoymuşdur. O, həm peşəkar, həm də akademik sahədə ilk qadın lider olaraq ölkəmizdə qadınların tibb sahəsində rolunu möhkəmləndirmişdir.

Material “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin “İnnovativ proqress və tarix” layihəsi çərçivəsində təqdim olunur.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.