• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

ADA Universiteti ilə Ekvadorun Diplomatik Akademiyası arasında anlaşma memorandumu imzalanıb

24.10.2025
İnkişaf, Xəbərlər
ADA Universiteti ilə Ekvadorun Diplomatik Akademiyası arasında anlaşma memorandumu imzalanıb
Share on FacebookShare on Twitter

Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruzun akkreditə olunduğu Ekvadora işgüzar səfəri baş tutub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, səfər çərçivəsində Ekvadorun Ətraf Mühit və Enerji Nazirliyində, Xarici İşlər Nazirliyində və digər dövlət qurumlarında görüşlər keçirilib. Görüşlərdə iki ölkə arasında gündəlikdə duran məsələlər müzakirə olunub, siyasi, iqtisadi və humanitar sahələr üzrə əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində ADA Universiteti ilə Ekvadorun Diplomatik Akademiyası arasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfində səfir R.Novruz, Ekvador tərəfindən isə xarici işlər və insan mobilliyi naziri vəzifəsini icra edən Alexandro Davalos imzalayıb. İmzalanma mərasimindən sonra Ekvador Diplomatik Akademiyasının direktoru Alexandro Suaresin müşayiəti ilə təhsil ocağı ilə tanışlıq həyata keçirilib və gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Ümumilikdə səfər bu ilin sentyabrında BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ekvador xarici işlər nazirləri Ceyhun Bayramov və xanım Qabriela Sommerfeld arasında baş tutmuş görüş çərçivəsində müzakirə edilmiş məsələlərin, o cümlədən əldə edilmiş razılığın irəlilədilməsi məqsədi daşıyıb. Ekvadora səfər çərçivəsində həmçinin bu ölkədə yaşayan həmvətənlərimizlə görüş keçirilib, onların həyat tərzi və əmək fəaliyyəti ilə maraqlanılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.