“Abşeron Lions” basketbol komandası Avropa Kubokunun I təsnifat mərhələsində
Azərbaycanın “Abşeron Lions” basketbol komandası Avropa Kubokunun I təsnifat mərhələsində ilk oyununu keçirib. Fortunamag.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Avrokuboklarda debüt edən komandamız Bakı İdman Sarayında Kiprin “Anortosis” klubunu qəbul edib və rəqibini 89:73 hesabı ilə məğlub edib.
Fortunamag.az
