• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

ABŞ Dövlət Departamentinin baş rəsmisi ilə müzakirələr aparılıb

11.09.2025
Xəbərlər
ABŞ Dövlət Departamentinin baş rəsmisi ilə müzakirələr aparılıb
Share on FacebookShare on Twitter

ABŞ ilə institusional əsasların möhkəmləndirilməsi, yeni əməkdaşlıq mexanizmləri və investisiya təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahan ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub və əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün görüləcək işlər müzakirə edilib.

Tərəflər Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Hökumətlərarası Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıblar. Bu təşəbbüs iki ölkə arasında iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Görüşdə həmçinin ABŞ ilə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Azərbaycanın prioritetləri təqdim olunub. Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması və strateji infrastruktur layihələri ABŞ şirkətləri üçün əlverişli imkanlar yaradır.

Vaşinqtonda keçirilmiş görüşlərin – ABŞ İdxal-İxrac Bankı (US EXIM Bank), “SpaceX”, “Exxon Mobil” və digər aparıcı qurumlarla aparılan danışıqların davamı olaraq, yeni əməkdaşlıq mexanizmləri və investisiya təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrdə, həmçinin Zəngəzur dəhlizi (Trans-Xəzər Regional İnkişaf və Partnyorluq Platforması – TRIPP) üzrə işlərin davam etdirilməsi, regional nəqliyyat-logistika layihələrinin reallaşdırılmasının iqtisadi əməkdaşlığa verəcəyi töhfələr diqqət mərkəzində olub.

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.