ABŞ-da istixana tullantılarının artması qlobal emissiyaları yüksəltdi
ABŞ-da istixana qazlarının emissiyaları bu ilin ilk yarısında artıb və bu, qlobal emissiyaların da yüksəlməsinə səbəb olub. Fortunamag.az “The Guardian“a istinadən xəbər verir ki , bu artım ABŞ-ın enerji və iqlim siyasətindəki dəyişikliklərdən qaynaqlanır; yeni idarəetmələr, kömürdən, qaz və neft istifadəsindən əldə olunan gəlirlərin qorunması kimi faktorlar prosesə təsir göstərir.
Bu vəziyyət, “Paris razılaşması” çərçivəsində götürülmüş hədəflərin yerinə yetirilməsini çətinləşdirir.
Hesabat göstərir ki, əgər bu siyasət davam edərsə, iqlim böhranının daha ciddi fəsadları olacaq – temperatur artımı, ekstremal hava hadisələri və s.
Ekspertlər vurğulayırlar ki, texnoloji yeniliklər və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi gecikdirilməməlidir.
Fortunamag.az
