• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

AAK statistik məlumatları açıqlayıb

07.01.2026
Xəbərlər
AAK statistik məlumatları açıqlayıb
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) 2025-ci ildə xarici ölkələrdə verilmiş elmi dərəcələrə dair sənədlərin tanınması ilə bağlı statistik məlumatları açıqlayıb.

AAK-dan Fortunamag.az-a bildirilib ki, hesabat dövründə müxtəlif ölkələrdə əldə olunmuş elmi dərəcələr üzrə ümumilikdə 16 müraciətə baxılıb. Tanınma ilə bağlı müraciətlər əsasən Türkiyə, Rusiya, Almaniya, Ukrayna, Macarıstan, Fransa, Çex Respublikası, Yaponiya, Finlandiya və Belçika kimi ölkələri əhatə edib.

Elm sahələr üzrə tanınma müraciətləri daha çox biologiya elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri və hüquq elmləri üzrə qeydə alınıb. Bununla yanaşı, filologiya, siyasi elmlər, sosiologiya və fəlsəfə sahələri üzrə də müraciətlər daxil olub.

Statistikaya əsasən, ən çox müraciət Türkiyə (16) və Rusiyada (4) verilmiş elmi dərəcələrlə bağlı olub. Almaniya, Ukrayna və Macarıstan üzrə 3 müraciət, Fransa üzrə 2, Çex Respublikası, Yaponiya, Finlandiya və Belçika üzrə isə hər biri üzrə 1 müraciət qeydə alınıb.

Qeyd edək ki, təqdim olunan məlumatlar Ali Attestasiya Komissiyasının 2025-ci il ərzində xarici ölkələrdə verilmiş elmi dərəcələrin tanınması ilə bağlı apardığı ekspertiza və qiymətləndirmə proseslərinin nəticələrini əks etdirir.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.