• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

500-dən çox şəxs protezlərlə təmin edilib

07.01.2026
Xəbərlər
500-dən çox şəxs protezlərlə təmin edilib
Share on FacebookShare on Twitter

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksəktexnologiyalı son nəsil protezlərlə təminatı sahəsində mühüm işlər aparılır.

Möhtəşəm tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyaya aid 500-dən çox hərbçi yüksəktexnologiyalı və ən müasir protezlərlə təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Fortunamag.az-a verilən məlumata görə, onlara ümumilikdə 620-dək son nəsil protez verilib. Aktivlik və funksionallığı ilə seçilən həmin protezlərlə istifadəçi köməkçi vasitələr olmadan sərbəst, sabit və inamlı hərəkət imkanına malik olur.

Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində bu sahədə aparılan işləri də qeyd edərək deyib: “Biz müharibə zamanı əlil olmuş hərbçiləri dövlət tərəfindən ən müasir protezlərlə təmin etmişik. Beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Bu, ən son model protezlərdir. Müntəzəm olaraq onlara xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bunu fizioloji nöqteyi-nəzərdən dəyişməyə ehtiyac var. Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur”.

Qeyd edək ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təminatı həyata keçirilir və bu, onların idman oyunlarında daha sərbəst və rahat hərəkətlər etməsinə imkan verir.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.