• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Tale simfoniyası

31 yaşında interneti öyrəndi və Alibaba-nı qurdu

09.12.2025
Tale simfoniyası, Xəbərlər
31 yaşında interneti öyrəndi və Alibaba-nı qurdu
Share on FacebookShare on Twitter

Jack Ma dünyanın ən böyük e-ticarət platformalarından biri olan Alibaba-nın qurucusu və dünyanın ən zəngin insanlarından biridir. Lakin onun uğur hekayəsi heç də asan yollarla gəlməyib.

Uğursuz başlanğıclar
Fortunamag.az bildirir lo, gənc yaşlarında iş tapmaqda çətinlik çəkən Jack Ma, öz şəhərindəki KFC restoranına müraciət etmiş, lakin 24 namizəddən yeganə qəbul edilməyən şəxs olmuşdu. İş tapmaqda yaşadığı uğursuzluqlar universitetə qəbul imtahanlarında da davam etdi. İki dəfə uğursuz olduqdan sonra yalnız üçüncü cəhddə müvəffəqiyyət qazandı və 24 yaşında Hangzhou Müəllim İnstitutunun İngilis dili fakültəsinə qəbul edildi. 1988-ci ildə universiteti bitirib yerli bir universitetdə müəllim kimi çalışmağa başladı.

Avstraliyada həyat dərsləri
Gənc yaşlarından turistlərə bələdçilik edən Ma, bu işlə məşğul olmağı sevirdi və iş təcrübəsi onun gələcəkdə çox işinə yaradı. Avstraliyada mektublaşdığı bir ailənin yanına getmək qərarına gəldi. Burada dünya və insanlarla bağlı perspektivi genişləndi.

İnternetlə tanışlıq
Ma, bir müddət sonra Çinli şirkətlər üçün tərcüməçi kimi Seattle-a səyahət etdi. Burada ilk dəfə internetlə yaxından tanış oldu və onun gələcək biznes dünyasında nə qədər böyük rol oynayacağını anladı. ABŞ-da internetin geniş istifadə olunduğunu görən Ma, bu sahədə biznes qurmaq qərarına gəldi.

Alibaba və uğurun başlanğıcı
İlk olaraq China Pages adlı bir sayt açdı və bir neçə e-ticarət layihəsi sınadı. Nəhayət, 1999-cu ilin aprel ayında 17 dostu ilə birlikdə Alibaba-nı qurdu. Sayt qısa müddətdə böyüyərək SoftBank və Goldman Sachs kimi nəhənglərdən investisiya aldı. 2003-cü ildə eyni zamanda Taobao platformasını da qurdu. Taobao, eBay-in nümunəsi əsasında yaradılmışdı və eBay tərəfindən satın alınmaq istədi, lakin Ma bu təklifi rədd etdi.

2000-ci illərin əvvəllərində Ma, Yahoo-nun qurucusu Jerry Yang ilə tanış oldu və 6 il sonra Alibaba-nın 40%-lik hissəsini Yahoo!-ya 1 milyard dollara satdı. 2014-cü ildə Alibaba-nı New York birjasında 24,7 milyard dollarlıq qiymətlərlə ictimaiyyətə təqdim etdi ki, bu da o dövr üçün ən böyük IPO oldu.

Dünya şöhrəti və şəxsi həyatı
37,4 milyard dollarlıq sərvəti ilə Jack Ma dünyanın ən zəngin texnologiya liderləri sıralamasında 7-ci yerdədir. Alibaba-dan əlavə, Huayi Brothers və Beijing Enlight kimi Çin əyləncə şirkətlərinə də investisiyaları vardır. Universitet illərində tanış olduğu həyat yoldaşı Zhang Ying ilə evlənən Ma-nın bir qız və bir oğlu var.

Jack Ma-nın hekayəsi göstərir ki, uğur heç də asan qazanılmır, lakin əzmkarlıq, düzgün zamanlama və gələcəyə baxış insana böyük nailiyyətlər qazandıra bilər.

Fortunamag.az 

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.