2025-ci il üçün Böyük Dünya Mədəniyyət Festivalının planlarını açıqlanıb
Pakistan Mədəniyyət və Xalq İncəsənət Şurası 2025-ci il üçün Böyük Dünya Mədəniyyət Festivalının planlarını açıqlayıb. Fortunamag.az ” Gulf News”a istinadən xəbər verir ki, Festival oktyabrın 30-dan dekabrın 7-dək 38 gün davam edəcək və 100-dən çox ölkədən 800-dən artıq ifaçını bir araya gətirəcək. Bu il ilk dəfə festival musiqiçilər, rəqqaslar və teatr aktyorları ilə yanaşı 20-dən çox ölkədən rəssamlar, heykəltəraşlar və kinorejissorları da əhatə edəcək. Məlumata görə, məşhur Pakistan müğənnisi Rahat Fateh Ali Xan festivalın brend səfiri seçilib.
Fortunamag.az