• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

17 ildən sonra qayıtdı!

25.11.2025
Mədəniyyət, Xəbərlər
17 ildən sonra qayıtdı!
Share on FacebookShare on Twitter

Əfsanəvi “UNFORMAL” rok qrupu 17 ildən sonra möhtəşəm bir konsertlə səhnəyə geri dönüb.

Fortunamag.az xəbər verir ki, 2009-cu ildə fəaliyyətini dayandıran qrupun bütün əsas üzvləri – Dilarə Kazımova, Fəridə Nelson, Rüstəm Məmmədov və İqor Qaranin – dünyanın dörd fərqli ölkəsindən – Azərbaycandan, Rusiyadan, ABŞ-dan və Böyük Britaniyadan Bakıya toplaşaraq yenidən bir araya gəliblər.

“Hayal Kahvesi Baku”da baş tutan və anşlaqla yadda qalan nostalji dolu konsertdə qrup sevilən hitlərini ardıcıl olaraq səsləndirərək tamaşaçıları 2000-ci illərin emosional atmosferinə aparıb.

Gecənin ən unudulmaz anlarından biri, qrupun məşhur ‘Sonsuz Yol’ əsərinin, dirijor Cavad Tağızadənin rəhbərliyi altında musiqi orkestri ilə birlikdə səslənməsi oldu və bu, dinləyicilərə tamam fərqli bir duyğu yaşadıb.

Konsertə “Coldünya” qrupunun yaradıcısı və vokalçısı Teymur Nadir, həmçinin “DədəBaba” və “Unchained Orchestra” kimi alternativ səhnənin tanınmış simaları da qatılaraq gecəyə xüsusi rəng qatıb.

Tamaşaçıların böyük sevgisi və coşqusu səbəbindən konsert uzun müddət bitmək bilməyib. Səhnəni tərk etməyə hazırlaşan qrup izdihamlı alqışlar qarşısında dəfələrlə geri dönməyə məcbur qalıb.

Qeyd edək ki, tədbir tam anşlaqla keçib və bütün biletlər əvvəlcədən satılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.