• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə olublar

09.01.2026
Xəbərlər
HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə olublar
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə və Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-mayoru Bəhruz Əhmədov HHQ-nin tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə görüş keçiriblər.

Fortunamag.az Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda, o cümlədən HHQ-də aparılan uğurlu islahatlar çərçivəsində yüksək döyüş qabiliyyətli hərbi hissələrin formalaşdırılması və onların müasir hərbi vasitələrlə təchiz edilməsinə nail olunduğu vurğulanıb, peşəkar kadrların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyi qeyd edilib.
Hərbi prokuror qanunçuluğun təmin olunmasının, hüquqi maarifləndirmənin gücləndirilməsinin dayanıqlı xidmət mühitinin formalaşdırılmasında mühüm rol oynadığını bildirib.
HHQ komandanı şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, döyüş növbətçiliyinin və tapşırıqların icrasında məsuliyyətin önəmini diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin şəxsi heyətin xidməti fəaliyyəti, hərbi intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə riayət olunması, eləcə də hərbi qulluqçuların hüquq və vəzifələri ilə bağlı məsələlərdən danışılıb.
Görüş çərçivəsində hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib.
Sonda şəxsi heyətə xidmətdə uğurlar arzulanıb, qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar verilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.