• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Tale simfoniyası

Beethovenin sirli ölümü

17.12.2025
Tale simfoniyası, Xəbərlər
Beethovenin sirli ölümü
Share on FacebookShare on Twitter

16 dekabr 1770-ci ildə Almaniyanın Bonn şəhərində doğulan Ludwig van Beethoven, yalnız musiqi dünyasına deyil, insan iradəsinin və yaradıcılığın əbədiliyinə də dərin iz qoyub. Həyatı zəhmət, mübarizə və ilham dolu olan bu dahi, çətinliklər qarşısında əsla geri çəkilməyərək klassik musiqini yeni bir səviyyəyə çıxarıb.

Fortunamag.az bildirir ki, Beethovenin uşaqlığı çətin keçib. Atası tərəfindən musiqi təhsili alıb, maddi çətinliklər içində böyüyüb. Lakin bu çətinliklər onun musiqiyə olan ehtirasını söndürməyib, əksinə, yaradıcılığında dərin duyğuların inkişafına səbəb olub. Gənc yaşlarında məşhur musiqi müəllimi Christian Neefe ilə tanışlıq, onun istedadını parladıb və onu Vyana kimi musiqi mərkəzlərinə aparıb.

Vyana illərində Beethoven həm dövrünün dahi musiqiçiləri ilə tanış olur, həm də həyatının ən böyük sınağı – eşitmə qabiliyyətini itirməsi ilə üzləşir. Musiqiçi üçün görünməz bir faciə olan karlıq, Beethovenın yaradıcı ruhunu əngəlləyə bilməyib, əksinə onu daha da gücləndirib. İç dünyasının melodiyalarını notalara köçürərək, insan duyğularını və həyatın dramatik tərəflərini musiqiyə çevirib.

Beethovenın əsərləri həm texniki, həm də emosional baxımdan öz dövrünün musiqi sərhədlərini aşıb. Onun 9-cu Simfoniyası, insanlıq və birlik ideallarını yüksəldən monumental bir əsərdir. “Ay işığında Sonat”, dinləyicini dərin emosional səyahətə çıxaran, melankoliya və gözəlliyi birləşdirən bir başyapıtdır. 5-ci Simfoniya, “qədərin çağırışı” mövzusu ilə tanınır və dramatik ifadənin gücünü nümayiş etdirir. Piyano sonatlarından Appassionata, tutqunluq və dramın notalarla qovuşduğu möhtəşəm bir nümunədir.

Beethoven həm də gündəlik həyatında özünəməxsus vərdişlərə malik idi. O, hər fincan qəhvəsini xüsusi bir say ilə hazırlayır, gecə vaxtları yaradıcılıqla məşğul olur, əsərlərinə ifadə işarələri əlavə edirdi. Onun musiqiyə və sənətə olan bağlılığı, maddi çətinliklərə və şəxsi problemlərə baxmayaraq sarsılmaz idi.

Beethoven yalnız bir musiqiçi deyil, həm də insan ruhunun gücünü və yaradıcılığın əbədiliyini simvolizə edən bir şəxsiyyət idi. Onun əsərləri bu gün də dünya səhnələrində səslənir, dinləyicilərə ilham verir və gələcək nəsillərə musiqi sevgisini aşılamağa davam edir. Beethovenın həyatı və yaradıcılığı göstərir ki, hətta ən böyük çətinliklər belə insan ruhunun əzmini və yaradıcılıq qüdrətini əngəlləyə bilməz.

Beethovenin ölümünü araşdıran tədqiqatlar göstərir ki, o, ciddi qalay zəhərlənməsi nəticəsində dünyasını dəyişib. 2000-ci illərdə aparılan analiz nümunələrində normaldan 100 dəfə yüksək qalay səviyyəsini üzə çıxarıb. Beethoven uzun müddət şərab və qalayla örtülmüş qablar vasitəsilə bu metalın təsirinə məruz qalıb, həmçinin siroz müalicəsi zamanı qarına edilən ponksiyonlar qalay səviyyəsini artırıb. Araşdırmalar göstərir ki, bu zəhərlənmə onun xəstəliklərini ağırlaşdırıb və bəlkə də ölümünü sürətləndirib. Ümumilikdə isə tədqiqatçılar Beethovenin ölümündə qalay zəhərlənməsini əsas səbəb kimi qəbul edirlər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.