Çay gəlsin, çay gəlsin…
Hər il dekabrın 15-də dünyanın aparıcı çay istehsalçısı olan ölkələrdə Çay Günü qeyd olunur.
Fortunamag.az bildirir ki, bu gün Yer üzündə ən qədim və faydalı içkilərdən biri olan çayın tarixi, mədəni və iqtisadi əhəmiyyətinə həsr edilir. Məqsəd çay istehsalında çalışan insanların əməyinə diqqət çəkmək və çay mədəniyyətini təbliğ etməkdir.
Qeyd edək ki, bu tarix BMT-nin 2019-cu ildə təsis etdiyi və mayın 21-də qeyd olunan Beynəlxalq Çay Günü ilə qarışdırılmamalıdır. Hər iki gün çayın önəmini vurğulasa da, fərqli məzmun və məqsədləri əhatə edir.
Fortunamag.az
