• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

KOBİA Qətərdə

25.11.2025
İnkişaf, Xəbərlər
KOBİA Qətərdə
Share on FacebookShare on Twitter

Doha şəhərində Azərbaycan Respublikası hökuməti ilə Qətər dövləti hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın 4-cü iclası çərçivəsində Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Fortunamag.az-a bildirilib ki, KOBİA və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri və hər iki ölkədən iş adamları iştirak ediblər. Biznes Şuranın iclasında Azərbaycan tərəfindən turizm, xidmət, sənaye, tikinti, inşaat, dizayn, tekstil və s. kimi sektorlarda fəaliyyət göstərən 30-a yaxın şirkətin və biznes assosiasiyanın nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın həmsədrləri – Qətərin Xarici Ticarət Məsələləri üzrə dövlət naziri Əhməd bin Məhəmməd Əl Sayed və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Qətər Ticarət və Sənaye Palatasının sədrinin birinci müavini Məhəmməd bin Əhməd bin Tvar, Azərbaycan-Qətər Birgə Biznes Şurasının həmsədrləri – KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü Məhəmməd bin Cövher Əl Məhəmməd çıxış ediblər. Azərbaycan-Qətər arasındakı iqtisadi-ticarət əlaqələri, əməkdaşlığın genişləndirilməsi perspektivləri, işgüzar dairələrin iştirakı ilə birgə layihələrin və təşəbbüslərin reallaşdırılması imkanları barədə məlumat verilib.

Biznes Şurasının iclası çərçivəsində, həmçinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu, Qətərin İnvestisiyaların Təşviqi Agentliyi və “Qətər Turizm” tərəfindən müvafiq olaraq Azərbaycanın və Qətərin biznes və investisiya imkanlarına, Ələt iqtisadi zonasının fəaliyyətinə dair təqdimatlar edilib.

Azərbaycan və Qətər iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyətinə və əməkdaşlıq imkanlarına dair məlumat veriblər. Tədbir çərçivəsində iş adamları arasında “B2B” görüşlər də keçirilib.

Səfər çərçivəsində KOBİA nümayəndələri Qətər İnkişaf Bankının baş direktoru Əbdürrəhman bin Hişam Əl-Süveydi ilə görüşüb. Görüşdə işgüzar dairələrin iştirakı ilə müxtəlif sektorlarda əməkdaşlıq imkanlarına, KOB-ların maliyyələşdirilməsi alətlərinə dair fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.