• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Estoniyada Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib

07.11.2025
İnkişaf, Xəbərlər
Estoniyada Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib
Share on FacebookShare on Twitter

Estoniyanın paytaxtı Tallin şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə konsert təşkil olunub. Tədbir Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Səfirlikdən Fortunamag.az bildirilib ki, mərasimdə Estoniya parlamentinin (Riigikogu) üzvləri, diplomatik korpusun rəhbərləri və nümayəndələri, ictimai-siyasi xadimlər, elm adamları, Azərbaycan və tatar icmalarının təmsilçiləri, eləcə də Tallin şəhərində təhsil alan gənc soydaşlarımız iştirak ediblər.

Tədbirdə Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov çıxış edərək Zəfər Gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutduğunu vurğulayıb. Diplomat qeyd edib ki, 8 Noyabr — Zəfər Günü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ölkəmizin ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsinin, ədalətin və beynəlxalq hüququn bərqərar olmasının simvoludur.

Səfir diqqətə çatdırıb ki, Azərbaycanın müstəqilliyi xalqımızın ən böyük nailiyyətidir. “Konstitusiya və Suverenlik İli”ndə Zəfər Gününə həsr olunan tədbirlərin Azərbaycanın işğaldan azad edilmiş bütün suveren ərazilərində keçirilməsi xüsusilə qürurvericidir.

Tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, klassik səs və opera ifaçısı Aysun Mahmudzadə, Estoniyanın Musiqi və Teatr Akademiyasında təhsil alan viola ifaçısı Əli Əmişov və pianoçu Jalə İslamova çıxış ediblər. Onların ifasında səslənən musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.